Haqqımızda Siyasətimiz Xidmətlərimiz Media Əlaqə

Haqqımızda

focus_img
“Azərbaycan Geologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azərbaycan Geologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ildə təsis edilmişdir. Cəmiyyətin ilk fəaliyyəti “Yer və insan” adlı jurnalın təsis olunması ilə başlanmışdır. Bu mətbu orqanın yaradılmasında məqsəd ölkəmizin mineral-xammal ehtiyatlarından səmərəli istifadə olunması, yerin təki sərvətlərinin sistemli öyrənilməsi və ümumilikdə yer elmləri barədə elmi-populyar yazılar hazırlamaq və çap etdirmək olmuşdur. Artıq 10 ildən çoxdur ki, bu missiya uğurla həyata keçirilir. Jurnalın səhifələrində Azərbaycanda və bir çox ölkələrdə tanınmış alim və mütəxəssislərin dağ-mədən sənayesinin inkişaf etdirilməsi ilə bağlı elmi-populyar yazıları və tövsiyələri işıq üzü görür.

Ölkəmiz zəngin yeraltı sərvətlərə malikdir. Hazırda Azərbaycan Respublikasının ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkədə dağ-mədən sənayesinin inkişafı, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyaya geniş imkanlar açır.

Cəmiyyətin siyasəti ölkəmizdə mineral-xammal ehtiyatlarından səmərəli istifadə edilməsi ilə dağ-mədən sənayesinin inkişafının davamlı olmasına və beynəlxalq sistemə inteqrasiyasına xidmət etməkdir.

Texnika

Texnika imkanlarına görə inkişaf etmiş şirkətimiz Yaponiyanın “Furukawa”, “Hitachi”, “Komatsu”, İsveçin “Atlas Copco”, Almaniyanın “Mercedes-Benz” və Amerikanın “Caterpillar” şirkətkərinin texnikaları ilə təchiz edilmişdir.

Cəmiyyətin digər fəaliyyət sahəsi “sığorta brokeri” ilə məşğulluqdur. Bununla bağlı Cəmiyyət müvafiq lisenziyaya malikdir. Sığorta bazarında əsas müştərilərmiz geologiya və mədəncilik sektorunda çalışan şirkətlərdir.

  • Furukawa logo
  • Hitachi logo
  • Komatsu logo
  • Mercedes-Benz logo
  • Atlas Copo logo

Hal-hazırda Cəmiyyət Daşkəsən rayonundakı Çovdar Filiz Emalı sahəsində sülhməramlı partlayış və qazıma işləri, Kəlbəcər rayonu ərazisində Əhmədbəyli-Horadiz-Ağbənd avtomobil yolunun tikintisində, Füzuli rayonu ərazisində yerləşən Horadiz-Ağbənd dəmiryolu xəttinin çəkilişi üçün sülhməramlı partlayış işləri və Şəmkir rayonunun Sərxan kəndinin inzibati ərazisində daş karxanasında qazma işlərinin aparılması, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 0+000-66+000 və Xanlıq-Qubadlı 0+000-17+000 km hissəsinin tikintisi layihəsində sülhməramlı partlayış (yeraltı tunel) işləri ilə fəaliyyətini davam etdirir.

Cəmiyyət öz fəaliyyətində ətraf təbii mühitin qorunması və mineral-xammal sərvətlərinin istifadəsi zamanı ekoloji təhlükəsizlik məsələlərini də prioritet hesab edir. Azərbaycanın Kiçik Qafqaz hissəsində yerləşən və hazırda istismar edilən Çovdar, Ağyoxuş və Mərəh qızıl yataqları üçün Rekultivasiya plan-layihələri məhz “Azərbaycan Geologiyası” MMC tərəfindən hazırlanmışdır.

Məlum olduğu kimi Yerin təkindən dayanıqlı istifadəni təmin etmək, habelə çevik şəkildə idarə olunan dağ-mədən sənayesinin formalaşdırılması üçün ən vacib şərtlərdən biri effektiv idarəçilik sisteminin mövcudluğudur.

Şirkətimiz üçün əsas prioritet hədəf müştərilərin məmnunluğu və fəaliyyət zamanı ətraf mühitə mənfi təsirin minimuma endirilməsidir. İnsanların sağlamlığının və təhlükəsizliyinin, ətraf mühitin qorunmasının səmərəli şəkildə təminatı məqsədilə, mühüm mühafizə tədbirlərinin görülməsi əsas məsələ kimi qarşıya qoyulur.

photo
  • Azer Gold
  • Star Mining
  • AAC
  • Kalyon
  • Cengiz Inshaat
  • Polatyol
  • Norm Sement
  • Gilan
  • Missiyamız

  • Dəyərlərimiz

Missiyamız

Əlverişli və keyfiyyətli xidmətlərimizi təqdim etməklə müştərilərin işlərini yaxşılaşdırmaq.

Dəyərlərimiz

  • Etibarlılıq

    Maliyyə sabitliyi, dayanıqlılıq, həmçinin yüksək etik standartların və professionallıqla bərabər nümunəvi biznes yanaşmalarının tətbiqi Şirkətimizin yüksək nüfuzunu formalaşdırmış, müştərilərimizin və tərəfdaşlarımızın etibar və hörmətini qazanmağımıza səbəb olmuşdur.

  • Şəffaflıq

    Yüksək maliyyə sabitliyi və davamlı inkişafı təmin etmək üçün bütün fəaliyyətimizi şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında həyata keçiririk

  • Professionallıq

    Bizim çox professional kollektivimiz, peşəkar inkişaf, bilik və bacarıqların artırılması, işçi məmnuniyyəti və yüksək keyfiyyətli xidmətin təşkilini təmin edən sağlam iş mühitimiz mövcuddur.

  • Sabitlik

    Şirkətimiz fəaliyyətə başladığı ilk gündən etibarən risklərin qiymətləndirmə strategiyasını əldə rəhbər tutmaqla öz öhdəliklərini yerinə yetirmək üçün kifayət edəcək ehtiyat fondlarının formalaşdıraraq yüksək müştəri məmnuniyyəti səviyyəsində sabit artımı təmin etmişdir.

  • Keyfiyyət

    Əsas məqsədimiz müştərilərimizin etimadını və məmnuniyyətini qoruyub saxlamaq, etibarlı tərəfdaş kimi uzunmüddətli əməkdaşlığı və yüksək nüfuzu təmin etmək üçün keyfiyyətli xidmət göstərməkdir.

  • Texnoloji yanaşma

    Yenilikləri sürətlə mənimsəyir, istifadə edərək inkişaf edir və texnoloji yanaşmanı formalaşdırırıq. Texnoloji şirkət olaraq biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına köməklik edirik.

  • Davamlı inkişaf

    Dağ-mədən sahəsində uğurlu tarixçəmizlə biz şirkətin maliyyə vəziyyətini yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etmək, davamlı inkişaf və stabil artımı təmin etməklə daim irəli gedirik

  • Liderlik

    Hər müştəriyə peşəkar yanaşmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyəti, müştərilərə təklif olunan geniş çeşidli xidmətlərimiz və qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan Dağ-mədən sənayesində liderlərindən biri olaraq qalmaqdayıq

  • Qayğıkeşlik

    Biz müştəri məmnuniyyəti səviyyəsini yüksək səviyyədə saxlamaqla, onların məlumatlarının tam qorunması ilə yanaşı, fərdi yanaşma və davamlı inkişafı təmin edərək bütün müştərilərimizə, həmçinin tərəfdaşlarımıza hörmət və xüsusi qayğı ilə yanaşırıq

  • Ana səhifə
  • Haqqımızda
  • Siyasətimiz
  • Xidmətlərimiz
  • Media
  • Əlaqə