Haqqımızda Siyasətimiz Xidmətlərimiz Media Əlaqə

Siyasətimiz

Siyasətimiz

«Azərbaycan Geologiyası» MMC-nin uğurlu fəaliyyəti dağ-mədən sənayesində geologiya, dağ-mədən sənayesi işlərinin planlaşdırılması və aparılması, layihələndirmə və işlənib-hazırlama, satınalınma, istehlakçı məmnunluğu, istehsalat və texniki xidmətlərə təminat sahələrini əhatə edir və sifarişçilərin məmnunluq səviyyəsindən asılıdır. Bu işlərin görülməsi keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normalarına mütləq riayət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə əsaslanır.

politics_img
focus_img
«Azərbaycan Geologiyası» MMC-nin müdiriyyəti aşağıdakı vacib məsələləri müəyyən edir:
  • Göstərilən xidmət və görülən işlər prosesinin bütün mərhələlərində mümkün olan uyğunsuzluq və iddiaların qarşısını alaraq, müştərilərin real və artan tələbatlarını təmin etməyə daima cəhd göstərmək;
  • Həmişə və istənilən vəziyyətdə keyfiyyət, peşə təhlükəsizliyi və ekologiya standartlarının tələblərinə uyğun olmaq üçün daimi və davamlı təlim, təhsil və təcrübəni artırmaq;
  • Uyğunsuzluqların qarşısının alınması üzrə aktiv iş aparmaq, habelə, meydana çıxmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə yenidən aparılan işlərə hazır olmaq;
  • Qəbul edilmiş vəzifə və işlərin effektiv icrası, habelə, sifarişçilərin tələblərininin məmnunluğu üçün idarəetmə sisteminin effektiv istifadəsi məqsədilə müəssisəni ixtisaslı personalla və təlim artırma prosesilə təmin etmək;
  • Fəaliyyət göstərən standartların öyrədilməsi, təhlili və tələblərin yerinə yetirilməsini daima yüksəltmək və qiymətləndirmək, monitorinqi həyata keçirmək və lazımi ixtisasartırma təlimləri aparmaq;

  • Təbii ehtiyatlardan səmərəli surətdə istifadə edərək, həmçinin, istehsalat texnologiyasında zərərli tullantıların miqdarının minimuma endirilməsi və bu sahədə təlimlərin keçirilməsi yolu ilə ətraf mühitə mənfi təsiri minimuma endirmək;

  • İşçilərdən, tədarükçülərdən və işgüzar partnyorlardan təhlükəsizlik və ətraf mühitin qorunması normaları üzrə biliklər tələb etmək;

  • Keyfiyyət, peşə təhlükəsizliyi, ətraf mühitin və sağlamlığın qorunması sahəsində tələblərin anlanılmasını təmin etmək, bütün əlaqədar şəxslərlə və təşkilatlarla sərbəst məlumat mübadiləsi aparmaq.

Keyfiyyət, Peşə Təhlükəsizliyi və
Ekologiya üzrə məqsədlərimiz və gözləntilərimiz

Keyfiyyət, peşə təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində Siyasətin tətbiq olunmasının təşkili üçün qarşıya qoyulmuş məsələlərə nail olmaq məqsədilə «Azərbaycan Geologiyası» MMC-nin rəhbərliyi öz üzərinə məsuliyyət götürür və ifadə olunmuş prinsiplərə şərtsiz riayət olunmasını öhdəsinə götürür. Keyfiyyət, peşə təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində Siyasət «Azərbaycan Geologiyası» MMC-nin hər bir işçisi üçün vacibdir.

politics_img
«Azərbaycan Geologiyası» MMC-nin müdiriyyəti
işlənmiş siyasətə əsaslanaraq və onun müddəalarını əsas tutaraq, qarşısına məqsəd qoyur:
  • Məqsədimiz ölkə ərazisində dağ-mədən sənayesinin inkişafını irəliyə apararaq Azərbaycanın dağ-mədən sənayesinin beynəlxalq sistemə inteqrasiyasında səmərəli və faydalı işlər görməkdir.

  • Xidmətin əlavə dəyərinin alınması üçün hər prosesə sistemli yanaşmaq

focus_img
Xidmətin əlavə dəyərinin alınması üçün hər prosesə sistemli yanaşmaq
  • müəssisənin gəlirliliyini 50 %-ə qədər artırmaq
  • bazarda daha yüksək rəqabət bacarıqlı olmaq və gələcək illərdə ən azı yeni müştərilərin etibarını qazanmaq
  • kadrların təhkim olunma siyasətini onların daha da ixtisas səviyyəsinin yüksəldilməsi, mədənlərin işlənməsi üçün tələb olunan sayda mütəxəssislərin təlim keçməsi yolu ilə hazırlamaq
  • keyfiyyət, peşə təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində tədbirlər planının tələblərini yerinə yetirmək
  • mədənlərin işlənməsi üçün tələb olunan sayda texnikanın: qazıma dəzgahlərının (faktiki olan 2 ədəd), minik və yük avtomobilləri (faktiki olan 4 ədəd) alinması, göstərilən xidmətlərin yüksək səviyyəsini saxlamaq və daima təkmilləşdirmək
  • Ana səhifə
  • Haqqımızda
  • Siyasətimiz
  • Xidmətlərimiz
  • Media
  • Əlaqə