Haqqımızda Siyasətimiz Xidmətlərimiz Media Əlaqə

Xidmətlərimiz

Qazma-Partlayış işləri

Şirkətimiz fəaliyyəti üzrə tələb olunan lisenziya və sertifikatlarla təchiz olunmuşdur.

Şirkətimiz, qazma-partlayış işləri üzrə dünyanın aparıcı istehsalçılarının ən müasir texniki avadanlıqları ilə təchiz olunmuşdur. 2021-ci il tarixindən başlayaraq partlayıcı maddələrin və vasitələrin istehsalı üzrə ixtisaslaşmış KAPEKS şirkətinin Azərbaycan üzrə rəsmi distributorudur.

politics_img
focus_img

Ölkənin bir çox ərazilərində şirkətimiz tərəfindən sülhməramlı qazma-partlayış işləri yerinə yetirilir. Şəmkir, Daşkəsən və digər rayonların inzibati ərazilərində yerləşən qızıl, qum-çınqıl yataqlarında, işğaldan azad olunan ərazilərdə - Zəngilan rayonunda yerləşən tunel tikintisi, Kəlbəcər rayonunda yerləşən “İstisu” yol tikintisi, Fizuli rayonunda avtomobil yolunun tikintisi və s. ərazilərdə qazma-partlayış işləri icra edilir. Mövcud olan maddi texniki baza, sertifikatlar və insan resursları:

  • Şirkətin balansında olan bazis anbarı
  • Partlayıcı maddələrin daşınması üçün lisenziyalaşmış nəqliyyat vasitələri
  • Müasir qazma avadanlıqları
  • Sertifikatlaşmış texniki heyət

“Azərbaycan Geologiyası” MMC iştirakçısı olduğu bütün layihələrdə həyata keçirdiyi sifarişlərdə keyfiyyəti əsas tutaraq, istifadədə ekoloji zərərsiz partlayış materiallarından istifadə edir.

insurance_img

Sığorta brokeri fəaliyyəti

  • Sığorta brokeri fəaliyyəti” haqqında - 2013 cü ildən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında , Azərbaycan Geologiyası MMC peşekar sığorta agentliyi fəaliyyətinə başlamışdır.

  • Sığorta bazarında 10 ildir ki, fəaliyyəti zamanı şirkətimiz sığorta sahəsində korporativ mühitdə sığorta marifləndirməsi, işgüzar əməkdaşlığın genişləndirilməsi həmçinin məsləhətlərin verilməsi , peşəkar kadrlarının yetişib formalaşması, sığorta üzrə vasitəçilik və digər yardımçı xidmətlərini göstərmişdir.

  • Sığorta Agentliyi olaraq gələcək hədəflərimiz dövlətin sığorta sahəsinin inkişaf planına uyğun olaraq lazımi bütün addımları atmaqdır. Həmçinin bu sahənin beynəlxalq standartlara uyğunlaşması üçün işlərimizi daha da genişləndirməkdir.

focus_img
Açıq mədən işləri

Şirkətimiz tərəfindən dağ-mədən sektorunda qazma-partlayış, yükləmə, daşınma əməliyyatlarında tətbiq olunan maşın və mexanizmlər güc və səmərəlilik baxımından bir-biri ilə əlaqəli şəkildə isifadə olunur. Yataqların istismarının bütün mərhələləri üzrə müəyyən edilmiş istehsalat tapşırıqlarının yerinə yetirilməsi tempi və məhsuldarlığı təmin edilir.

Yerüstü mədənlərdə göstərilən xidmətlər:

  • Mədənlərin layihələndirilməsi

  • Mədənlərin istehsalat planının hazırlanması

  • Qazma-partlayış işlərinin həyata keçirilməsi

  • Yükləmə-daşınma işlərinin yerinə yetirilməsi

  • Dinamik hesabat blanklarının hazırlanması

  • Rekultivasiya layihələrinin hazırlanması

  • Rekultivasiya işlərinin icrası (texniki və bioloji)

  • Çətin keçidli dağ yollarının çəkilişi

Geoloji işlər

Yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsinin dolğunluğunun təmin edilməsi ilə bağlı aşağıdakı xidmət növləri aiddir:


  • Yerin təkindən kompleks istifadənin tamlığının təmin edilməsi məqsədilə yerin təkinin geoloji və geoekoloji öyrənilməsi
  • Faydalı qazıntı yataqlarının istismarı prosesində hasilat və emalın ətraf mühitə mənfi təsiri nəzərə alınmaqla, iqtisadi səmərəliliyinin müəyyən edilməsi
  • Mineral xammalın emalında formalaşan tullantıların sənayenin digər sahələrində istifadəsi imkanlarının araşdırılması
  • Faydalı qazıntı ehtiyatlarının depozit və qiymət göstəriciləri üzrə sənaye əhəmiyyətliliyinin müəyyən edilməsi
  • Dağ-mədən müəssisəsi tərəfindən iqtisadi səmərəliliklə mənimsənilə bilən faydalı qazıntı ehtiyatlarının hesablamasında kondisiya tələblərini əsaslandırmaq üçün yataqların geoloji-iqtisadi cəhətdən qiymətləndirilməsi
  • Yataqlarda axtarış-qiymətləndirmə işlərinin aparılması, bütün kateqoriyalar üzrə ehtiyatların hesablanması, Texniki-İqtisadi Əsaslandırma sənədinin hazırlanması
photo
politics_img

Konsaltinq

Şirkət həmçinin mədənçilik haqqında mühəndisi-texniki xidmət göstərir. Göstərilən xidmət sahələrinə daxildir:

  • mədən işlətmə sisteminin seçilməsi (açıq və yeraltı üsul da daxil olmaqla)

  • yükləmə və daşınma avadanlıqlarının seçilməsi

  • tullantıxanaların layihələndirilməsi və işləmə sistemlərinin seçilməsi

  • qazma-partlayış haqqında məlumat

  • texniki tələblərə uyğun qazma partlayış işləri üçün qazma şəbəkələrinin tərtibi və s. xidmətlər

Tunel tikinti işləri

Şirkətimizin əsas fəaliyyət sahələrindən biri də yeraltı dağ-mədən və yol-tunel tikinti işləridir. Bu sahədə uzunmüddətli iş təcrubəsinə malik mühəndis və texniki heyətin iştirakı ilə Respublikada bir çox layihələrdə işlər uğurla davam etdirilir. Yeraltı mədənlərdə və Yol-tunelərində göstərilən xidmətlər:

  • Müxtəlif xarakterə malik olan yeraltı dağ qazmalarının keçirilməsi
  • Yeraltı qazma-partlayış işləri
  • Bağlayıb bərkitmə sistemlərinin quraşdırılması
  • Havalandırma sisteminin layihələndirilməsi
  • Havalandırma sisteminin quraşdırılması
  • Drenaj sisteminin layihələndirilməsi və quraşdırılması
focus_img

Lisenziyalar, Şəhadətnamələr və Sertifikatlar:

Hazırda “Azərbaycan Geologiyası” MMC yerin təkinin öyrənilməsi, aşkar olunmuş faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və emal olunması məqsədləri üçün müvafiq qaydada “Xüsusi icazə”, “Lisenziya” və “Xüsusi razılıq”lar əsasında öz fəaliyyətini davam etdirir.

  • “Partlayıcı maddələr və qurğular”ın istifadə edilməsi haqqında “Xüsusi icazə”

  • “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” haqqında “Lisenziya”

  • “Sığorta brokeri fəaliyyəti” haqqında “Lisenziya”

  • ISO:9001:2015 Quality Management Systems

  • ISO:14001:2015 Environmental Managment Systems

  • ISO:45001:2018 Health and Safety Managment Systems

Sertifikatlar

  • Certificate
  • Certificate
  • Certificate
politics_img

Komandamız

Komandamız bu işlərin peşəkar aparılması üçün özlərini daim inkişaf etdirən, xüsusi şəhadətnamələrə yiyələnmiş və yüksək nəticələr əldə etmələri üçün davamlı olaraq öz üzərilərində çalışan peşəkarlardan ibarətdir. Bir sıra Avropa ölkələrində təcrübə keçmiş yüksək ixtisaslı mütəxəssislərin, həmçinin Respublikamızda fəaliyyət göstərən universitetləri müvəffəqiyyətlə bitirən məzunların işə cəlb olunması və peşəkarlığının yüksəldilməsi Şirkətin prioritetlərindəndir.

Dağ-mədən sahəsi özünəməxsus olduğundan bütün bu işlərin aparılması üçün tam hazırlıqlı mütəxəssislər tələb olunur. Bu səbəbdən “Azərbaycan Geologiyası” MMC yerli mütəxəssisləri öz ətrafına cəlb edir, gənc kadrları dağ-mədən sənayesində bu işlərin aparılması üçün tələb olunan “Lisenziya” və “Sertifikat”lara yiyələnmək məqsədilə FHN-nin Elmi Tədqiqat İnstitutuna tədris kurslarına göndərir. Həmçinin əməkdaşlıq etdiyimiz universitetlərin tələbələrini fəaliyyət göstərdiyimiz layihələrdə istehsalat təcrübəsi keçmək üçün şirkətimizə dəvət edərək dağ-mədən işlərinin aparılması metodikası öyrədilir. Bu da gələcəkdə tədris müəssisələrində dağ-mədən sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün zəmin yaradır.

  • Ana səhifə
  • Haqqımızda
  • Siyasətimiz
  • Xidmətlərimiz
  • Media
  • Əlaqə