-
2018-ci ildə arxeoloji geofizika və ətraf mühitin
geofizikası sahəsindəki nailiyyətlərinə görə “Ecoworld” beynəlxalq müsabiqəsinin təşkilat Komitəsi, Rusiya Təbiət Elmləri Akademiyası, Rusiya Federasiyasının Dövlət Duması Lev Eppelbaumu V. Vernadski
adına qızıl medalla təltif etmişdir.
2019-cu ildə potensial geofiziki sahələrin (maqnit, istilik və qravitasiya sahələri) qeyri-ənənəvi təhlili sahəsində uğurlarına və bu işlərin böyük dünya
əhəmiyyəti daşımasına görə L.Eppelbaum Avropa Yer
Elmləri Cəmiyyətinin Xristian Huygens medalı ilə təltif edilmişdir.
“Biz indi XXI əsrin birinci rübünün sonundayıq.
Elmmetriya mütəxəssislərinin fikrincə, bəşəriyyətin
əldə etdiyi elmi biliklərin miqdarı dörd ildən bir iki
dəfə artır. Bununla yanaşı belə bir təəssürat yaranır
ki, ətraf mühitin keyfiyyəti yalnız pisləşir. Bəs problem nədədir? Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək olar?”
-
№6 - 2025
-
LEV V. EPPELBAUM