-
Götür-qoy eləyəndə gördüm Məmməd Arazla bəzi doğmalığımız da varmış.
Birincisi, hər ikimiz eyni fakültəni – coğrafiyanı bitirmişdik.
İkincisi, Məmməd Araza cavankən dərs deyən və onun sevgisini qazanan mərhum pedaqoqlar – Məmməd
Axundovla Məmməd Zülfüqarov ahıl vaxtlarında mənim də sevimli müəllimlərim olmuşdu.
Üçüncüsü, Məmməd Arazın da coğrafiyaçı olması ədəbiyyata yeni gələn, şöhrətə iştahlı cavan kimi sözlə
özünə abidə qoymaq arzuma real nümunə idi.
Lap sonuncusu, Məmməd Arazın boynumda ən böyük haqqı, sözü bədii demək, orijinal qafiyələrlə demək,
böyük mətləbləri az sözlə demək vərdişləri aşılamasıydı mənə. Bu, müəllim-şagird anlamında – üz-üzə, göz-gözə
yox, ustad şairin poeziyasından görüb-götürmək mənasındaydı.
-
№6 - 2025
-
QƏŞƏM İSABƏYLİ