Biz kimik Siyasətimiz Xidmətlərimiz Əlaqə
  • P-ISSN: 2706-9168
  • E-ISSN: ISSN 3135-4769
  • DOI:10.30546/25194011.2026
YER və İNSAN
ELMİ-NƏZƏRİ JURNAL

Jurnal

“YER VƏ İNSAN”
BEYNƏLXALQ MULTİDİSİPLİNAR ELMİ-NƏZƏRİ JURNAL

  • journal_image
  • Yer və İnsan
  • Redaksiya heyəti
  • Nəşr etikası
  • Məqalə təqdimatı
  • Arxiv
  • İndekslər
  • Əlaqə
  • Məqalə göndər

AZƏRBAYCAN AĞQOYUNLU DÖVLƏTİNİN QURUCUSU – BÖYÜK DÖVLƏT XADİMİ HƏSƏN PADŞAH BAYANDUR

  • Xülasə

    Azərbaycanın XV əsrdə yaşamış görkəmli dövlət xadimi Həsən Padşah Bayandur dövlətçilik tarixi- mizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibət- ləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Həsən Padşah son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdır. Həsən bəy Bayandur 1423-cü ildə Ağqoyunlu Əli bəyin və Saray Xatunun ailəsində dünyaya gəl- mişdi. Həsən bəy 11 yaşı olan zaman Kəmah hakimi olan əmisi Yaqub bəyin yanında xidmətə başlamışdı. Atının yemini verməkdə çətinlik çəkən bu yeniyet- mənin gələcəkdə güclü bir imperatorluq yaratmağa nail olması onun qüdrətli bir dövlət adamı olduğunu açıq şəkildə göstərir. 1453-cü ildə Ağqoyunlu bəyliyində taxt-taca yiyələnən və 1468-ci ildə mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövlətini yaradaraq qısa müddət ərzində onu qüdrətli imperiyaya çe- virən Həsən Padşah xalqa qarşı mərhəmətli olma- sına görə dövrünün əksər mənbələrində adil Sultan adı ilə tanınır. Bir insanın xalqını sevməsi, onun di- linə, tarixi ənənələrinə dəyər verməsi, onun xalqına bağlı olmasında və güclü şəxsiyyət olmasından irəli gəlir. Həsən Padşah yüksək milli şüura sahib olan bir hökmdar idi. Həsən Padşah Oğuz elinə və onun Bayandur boyuna mənsub olmasından qürur duyur- du. Həsən Padşah Bayandurun şəxsiyyətinin böyük- lüyü ilə italyan diplomatlarını, tacirlərini hər zaman heyrətləndirmiş və onlarda xoş təəssürat yaratmış- dır. Venesiya diplomatlarının səyahətnamələrində Həsən Padşah “alicənab, ağıllı, uzaqgörən, igid, qəhrəman və hər cür çətinliklərdən azad bir insan” kimi təqdim olunur. Kiçik yaşlarından başlayaraq həyatı daim mü- barizə meydanında keçməsinə baxmayaraq, bu bö- yük hökmdar elmə böyük qiymət vermiş, dövrünün alimlərini, elm xadimlərini himayə etmişdir. O, cümə axşamları tanınmış elm adamlarını sarayına toplayaraq xüsusi elmi müzakirələr keçirərdi. Ta- nınmış riyaziyyatçı və astronom Əli Quşçuya böyük iltifat göstərmiş, hətta onu elçi kimi Osmanlı sultanı Fateh II Mehmedin yanına göndərmişdi.

    DOI:10.30546/25194011.2026.101.6.1.164
  • Buraxılış

    №1 - 2026

  • Müəllif

    TOFIQ NƏCƏFLI

PDF
  • Ana səhifə
  • Biz kimik
  • Siyasətimiz
  • Xidmətlərimiz
  • Yer və insan
  • Əlaqə