Biz kimik Siyasətimiz Xidmətlərimiz Əlaqə
  • P-ISSN: 2706-9168
  • E-ISSN: ISSN 3135-4769
  • DOI:10.30546/25194011.2026
YER və İNSAN
ELMİ-NƏZƏRİ JURNAL

Jurnal

“YER VƏ İNSAN”
BEYNƏLXALQ MULTİDİSİPLİNAR ELMİ-NƏZƏRİ JURNAL

  • journal_image
  • Yer və İnsan
  • Redaksiya heyəti
  • Nəşr etikası
  • Məqalə təqdimatı
  • Arxiv
  • İndekslər
  • Əlaqə
  • Məqalə göndər

ANADOLU VƏ AZƏRBAYCAN QARAPAPAQ TÜRKLƏRİNİN “ŞAH BƏZƏMƏ” ƏNƏNƏSİ

  • Xülasə

    Qarapapaq və Tərəkəmə adları ilə tanınan türk- lər eyni etnik qrupa mənsub olub, yaşadıqları böl- gələrdə hər iki adla da tanınırlar. Qarapapaqlar və ya Tərəkəmələr bu gün Gürcüstanın Borçalı bölgə- sində, Azərbaycanın Gəncə, Tovuz, Qazax və Gə- dəbəy rayonlarında, İranın Sulduz bölgəsində, həm- çinin Türkiyənin Qars, Ardahan, Ağrı, Muş, Sivas, Amasya və Tokat şəhərlərində yaşayırlar. Müxtəlif dövrlərdə Azərbaycan, Gürcüstan və İran türklə- rinə məxsus dövlət və xanədanlıqların tərkibində mühüm güc mərkəzinə çevrilən Qarapapaqlar, Qa- zax-Şəmsəddin xanlığı, Borçalı sultanlığı kimi si- yasi qurumlar da yaratmışlar. Hazırda Qarapapaqlar bir icma halında beş ölkədə məskunlaşmışlar. Türk xalqlarının toy adət-ənənələri onların ta- rixinin, mədəniyyətinin və folklorunun mühüm da- şıyıcısıdır. Toy və evlilik ənənələri bölgələrə görə fərqlənsə də, keçmişdən günümüzə qədər gələn zən- gin mədəni irsi özündə əks etdirir. Borçalı, Gəncə, Tovuz, Gədəbəy, Qazax, Qars, Ardahan, Sivas, To- kat, Amasya və Ağrı kimi bölgələrdə yaşayan Qara- papaq türkləri çoxsaylı toy adətlərini bu günə qədər qoruyub saxlamışlar. Bu ənənələrdən biri olan “şah qaldırma” və ya “şah bəzəmə” adəti zaman keçdik- cə müəyyən dəyişikliklərə uğrasa da, bəzi kəndlərdə hələ də yaşadılmaqdadır. Azərbaycanın Qazax rayo- nunda, Türkiyənin Ağrı vilayətinin Taşlıçay (Taşlı- çay) rayonunda və Qars bölgəsində “şah bəzəmə” 98 YANVAR -FEVRAL 2026 No 01 (25) EARTH AND MAN INTERNATIONAL MULTIDISCIPLINARY SCIENTIFIC - THEORETICAL JOURNAL YER VƏ İNSAN Beynəlxalq multidisiplinar elmi-nəzəri jurnal International multidisciplinary scientific - theoretical journal ənənəsi əsrlərdir ki, bəzi dəyişikliklərlə davam et- dirilir. “Şah qaldırma” adəti arxaik (ibtidai) inancların bu günə qədər gəlib çıxmış bir nümunəsi kimi dəyər- ləndirilə bilər. Bu mərasimdə müşahidə olunan bir çox elementlər qədim türk toplumlarında mövcud olan mədəni dəyərlərlə oxşarlıq təşkil edir. Şah ağacında yer alan məhsuldarlıq və çoxalma ilə bağ- lı rəmzlər bu ənənənin bolluq və bərəkət ayini ilə bağlı olduğunu göstərir. Ətraflı araşdırıldıqda “şah qaldırma” mərasiminin keçirilməsi və bu mərasim üçün hazırlanan şah ağacı qədim inancların simvo- lik təzahürü kimi qiymətləndirilə bilər. Ağrı vilayətinin Taşlıçay rayonuna bağlı Yuxa- rı Toklu kəndində keçirilən toylarda “şah bəzəmə” ənənəsi bu gün də davam edir. Taşlıçay rayon mərkə- zindən təxminən 9 kilometr məsafədə yerləşən bu kənddə yüz illər öncəyə gedib çıxan adət yeni nəsil- lərə ötürülür. Xüsusilə Qarapapaq kəndlərində qo- runub saxlanılan bu ənənə toylara rəng və canlılıq qatır. Azərbaycanın bəzi bölgələrində də toylarda “şah qaldırma” mərasimi keçirilir; məsələn, Qa- zax rayonunun Çaylı kəndində şah müxtəlif şəkildə bəzədilir və zurna-balaban sədaları altında mərasim yerinə gətirilir. Bu oxşarlıq Yuxarı Toklu kəndində də müşahidə olunur.

    DOI:10.30546/25194011.2026.101.6.1.167
  • Buraxılış

    №1 - 2026

  • Müəllif

    İlhamə Qəsəbova

PDF
  • Ana səhifə
  • Biz kimik
  • Siyasətimiz
  • Xidmətlərimiz
  • Yer və insan
  • Əlaqə