«Azərbaycan Geologiyası» MMC-nin uğurlu fəaliyyəti dağ-mədən
sənayesində geologiya, dağ-mədən sənayesi işlərinin planlaşdırılması və
aparılması, layihələndirmə və işlənib-hazırlama, satınalınma, istehlakçı
məmnunluğu, istehsalat və texniki xidmətlərə təminat sahələrini əhatə edir
və sifarişçilərin məmnunluq səviyyəsindən asılıdır. Bu işlərin görülməsi
keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin
mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normalarına
mütləq riayət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin daima
yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə
əsaslanır.